Xəbər kateqoriyası: Mədəniyyət

14-08-2013, 11:03

Vəfa Zeynalovanı bəlaya salan səhnənin müəllifi: "Orada zorlanma var"




  • Нравится

  • Нравится


Yavər Rzayev həmin epizodu çəkdikləri arasında ən yaxşı epizodlardan biri sayır

Son günlərin ən çox müzakirə olunan mövzusu olan əməkdar artist Vəfa Zeynalovanın çəkildiyi erotik, daha doğrusu, zorlanma səhnəsinin müəllifi rejissor danışılanlara reaksiya verdi. Anspress-in məlumatına görə, "İlahi Məxluq" filminin rejissoru Yavər Rzayev azadlıq.orq saytına müsahibəsində bu barədə məcburən açıqlama verdiyini bildirib.

Rejissor filmə baxmadan tənqid edənləri qınayıb: "Filmə baxmadan, bir hissəni izləməklə necə bu haqda danışmaq olar? Məncə, bu çox aşağı səviyyəli söhbətdir. Mən bu cür söhbətlərə heç vaxt qoşulmuram, indi də qoşulmaq istəmirdim. Mən nəsə yaratmışamsa və o öz-özünü qoruya bilmirsə, qoy onda yaşamasın. Lazım deyil! Mən filmim haqda Londonda, BBC-də müsbət rəy eşitmişəm. Bu da mənə bəs edir. Mənə dedilər ki, siz islam yönündə film çəkmisiz. Uşaq filmin sonunda Avropa əsərlərini yandıranda… İnsan nə qədər oxumamış olmalıdır ki, bunu da başa düşməsin, hə? Orada zorlanma səhnəsi var, çürüdürlər ey, səviyyəsiz insanlardır ki, bunu başa düşmədən danışırlar. Orada siz bir bədən hissəsi görürsüz? Yox! Ata qızı yox, uşağın istədiyini zorlayır, işıq kimi görünən Qərb mədəniyyətini – o İşığı söndürür. Bu film 3 qatlı piroqdur. Mən indi niyə danışdım? Vəfa xanım zəng vurdu ağlaya-ağlaya ki, siz məni müdafiə etmirsiz. Vəfa, belə şeylərə fikir vermə!

Sonda deyirəm ki, həmin epizodu çəkdiklərim arasında ən yaxşı epizodlardan biri sayıram".

Mod.Az

Şərh: 0

Dosta tövsiyə

Reklam