Xəbər kateqoriyası: Maraqlı

27-09-2013, 13:10

Ən seksual qadın və kişi - SİYAHI




  • Нравится

  • Нравится




Kulis.az “Esquire” dərgisinin tərtib etdiyi ölkələrin cinsi atlasını təqdim edir.


Rusiya


Cinsi tərbiyə yaşı: 12

Cinsi əlaqəyə başlama yaşı: 16

Cinsi vərdişlər: Rusiya deyəndə ağla ilk gələn “vodka”dan çox, rus qadınlarıdır. Qadınlarının bu qədər seksual və gözəl olmasına baxmayaraq, rus kişilərinin cəmi 40%-i cinsi həyatlarından razı oladuqlarını deyiblər. Səbəbsə rus kişilərinin impotentlik və ereksiya problemlərinin olmasıdır. Üstəlik, müalicə də etdirə bilmirlər, çünki həkimə getməyə utanırlar. Elə seksdən zövq alan qadınların da faizi azdır – 55%.

Qorunma: Cinsi yolla keçən xəstəliklər keçmişdə Rusiyaya xeyli itkilər yaşadıb. Ona görə də, ruslar tədbiri əldən vermir; kişilərin 44%-i seks vaxtı prezervativdən istifadə edir.

Ən seksual qadın: Mariya Şarapova

Ən seksual kişi: Vasili Stepanov



İspaniya




Cinsi tərbiyə yaşı: 15

Cinsi əlaqəyə başlama yaşı: 19

Cinsi vərdişlər: İspan qadınları çantalarında seks oyuncağı gəzdirməkdən utanmadıqlarını deyirlər. Burada qadınların 84%-i, kişilərinsə 88%-i cinsi həyatlarından məmnundurlar.

Qorunma: İspanların 98,3%-i prezervativ istifadə etmir və bunu mənasız hesab edirlər. 3,9% isə prezervativ olmasa, sekslə qətiyyən məşğul olmur. Yəqin 98,3%-in gücüdür ki, son illərdə ispan qadınları arasında abort halları çoxalıb.

Ən seksual qadın: Penelopa Kruz

Ən seksual kişi: David Villa



Fransa



Cinsi tərbiyə yaşı: 13

Cinsi əlaqəyə başlama yaşı: 18

Cinsi vərdişlər: Fransızlar bir ildə təxminən 130 dəfə sekslə məşğul olurlar. Fransızlar həm də vəfalılıqları və çox qadın dəyişməyi sevməmələri ilə seçilirlər; məsələn, 30 yaşlarında daimi münasibəti olmayan fransız kişisi il ərzində cəmi 10 qadınla seks yaşayır. Pornoqrafiya, striptiz də fransızların ayıb hesab etmədiklərindəndir.

Qorunma: Fransızların 98,3%-i cinsi əlaqə zamanı prezervativi lazım bilmir. Daimi istifadə edənlər 4,2%-dir.

Ən seksual qadın: Sofi Marso

Ən seksual kişi: Vinsent Kassel



İtaliya




Cinsi tərbiyə yaşı: 15

Cinsi əlaqəyə başlama yaşı: 19

Cinsi vərdişlər: İtalyanların belə ehtiraslı görünməyinə baxmayın, kişiləri çox mühafizəkar olur. Evləndikdən sonra çox az-az “sol”a gedirlər. Ancaq istər yeniyetmə, istər 30, istərsə də 60 yaşında olsunlar, cinsi həyatlarında çox rahat və məmnundurlar.

Qorunma: İtalyanlar da prezervativ sevməyənlərdəndir: 96% bunu lazımsız hesab edir, ancaq 5,7% istifadə edir.

Ən seksual qadın: Monika Belluçi

Ən seksual kişi: Raul Bova



Hollandiya




Cinsi tərbiyə yaşı: 12

Cinsi əlaqəyə başlama yaşı: 17

Cinsi vərdişlər: Hollandiya cinsi azadlığın geniş yayıldığı ölkələrdəndir. İbtidai siniflərdən valideynlərini “pusan” holland uşaqlar daha təcrübəli olurlar. Bu səbəbdəndir ki, Hollandiya az yaşlıların hamiləliyinə ən az rast gəlinən Avropa ölkəsidir. Aktiv cinsi həyat yaşayan holland kişisi ildə təqribən 200 dəfə sekslə məşğul olur. Bildiyimiz kimi, bu ölkədə homoseksuallıq da normal qarşılanır.

Qorunma: Hollandların 99,3%-inin prezervativi görən gözləri yoxdur, kişilərin cəmi 2,8% qorunma vasitələrindən istifadə edir.

Ən seksual qadın: Bridcet Masland

Ən seksual kişi: Denis Van Den Eijk



Cənubi Koreya



Cinsi tərbiyə: 13

Cinsi əlaqəyə başlama yaşı: 19

Cinsi vərdişlər: Texnoloji yenilikləri ilə fərqlənən koreyalıların gənclərin böyük bir hissəsi evlilikdən kənar münasibətlərə pis baxırlar. Cənubi Koreya dünyada ən az evlilikdən kənar hamiləliklərin yaşandığı ölkədir; hər 1000 qızdan sadəcə üçü hamilə qalır. Evli cütlüklərdə isə cinsi narazılıqlar problem var. Maraqlıdır ki, Cənubi Koreyalılar seks oyuncaqlarına record həddə pul xərcləyirlər. Bu oyuncaqlara, pornoqrafik videolara ildə təxminən 550 dollar pul xərcliyirlər.

Qorunma: Cənubi Koreyalılar 35%-i seksdə prezervativ istifadə edir. 4,2% isə qorunma vasitəsi olmadan seksl məşğul olmur.

Ən seksual qadın: Kim Tae-hee

Ən seksual kişi: Won Bin



Pakistan



Cinsi tərbiyə: bilinmir

Cinsi əlaqəyə başlama yaşı: 18

Cinsi vərdişlər: Pakistanda evlilikdən kənar münasibətlər qadağandır; həm qadınlar, həm də kişilər ancaq evlənəndə sekslə məşğul olurlar. Buna baxmayaraq, qadınlar və kişilər pul qarşılığında illeqal yolla münasibətə girirlər.

Qorunma: Pakistanda qorunma vasitələrindən az istifadə olunması başqa AİDS olmaqla, bir çox cinsi yolla keçən xəstəliklər sürətlə yayılıb.

Ən seksual qadın: Mahnur Baloş

Ən seksual kişi: Babrik Şah

Mod.Az

Şərh: 0

Dosta tövsiyə

Reklam