Xəbər kateqoriyası: Şou-biznes

17-04-2013, 09:59

Xalq artistinin oğlunun toyunun TƏFƏRRÜATLARI




  • Нравится

  • Нравится


Xalq artistinin oğlunun xoş gününə iki gün qaldı.

Mod.Az xəbər verir ki, aprelin 19-da sonra Azərbaycanın xalq artisti İlhamə Quliyeva şəhər restoranlarının birində oğlu Orxana təmtəraqlı toy edəcək.

Bu xoş günə iki gün qalmış bəzi maraqlı detalları öyrənməyə müvəffəq olduq. Məlumunuz olsun ki, əksər ictimai xadimlərin, sənətkar və estrada ulduzlarının qonaq kimi qatılacağı toyun açılışını tanınmış şoumen Murad Daşadov edəcək.

Məclisi idarə etmək müğənni Vasif Məhərrəmli və rəhbərlik etdiyi musiqiçilərə həvalə olunsa da, başqa sənətçilər də mikrofondan uzaq düşməyəcəklər.

Azərbaycanın xalq artisti Afaq Məlikova özünəməxsus təbriki ilə yenə seçiləcək. Səbəbkarlar Orxan və Arifəni Dövlət Rəqs Ansamblının üzvləri öz rəqsləri təbrik edəcəklər.

Onu da qeyd edək ki, böyük maraqla gözlənilən toyun bütün təşkilati işləri prodüser Tolikə həvalə olunub.

Mod.Az

Şərh: 0

Dosta tövsiyə

Reklam