Xəbər kateqoriyası: Şou-biznes, Müsahibə

5-09-2013, 15:40

"Günay İbrahimlini o geyimdə görəndə dəhşətə gəldim"




  • Нравится

  • Нравится




Tanınmış prodüser Təranə Səmədova bir müddət çalışdığı müğənni Günay İbrahimova haqda Milli.Az-a danışıb

Prodüser saytımıza açıqlamasında gənc müğənninin konserti, onun geyimi ilə bağlı səslənən tənqidlərlə əlaqədar fikirlərini bildirib:

- Günay sizdən ayrılandan sonra onun fəaliyyətini dayandıracağı deylirdi, amma bunun tam əksini görürük...

- Onu vaxt, zaman göstərə bilər. Hər-halda indi onun fəaliyəti dayanmayıb, o qız konsert də verdi, yeni mahnılar üzərində də çalışır. Günay özü çox dinamik və işləyən qızdır, ona görə də heç nə deyə bilmərəm bu barədə, dayanıb, ya yox.

- Konsertindən sonra çox mənfi söz-söhbətlər yarandı, əsasən də onun geyimi haqda...

- Əvvəla, çox üzülürəm ki, konsertdən sonra belə bir söhbətlər çıxdı. Bu cür bir yeni infaçı, hansı ki iki-üç il fəaliyyət göstərib konsert verdikdən sonra uğuruna ən çox sevinməkdənsə, daha çox tənqidlər yağdırıldı. Ən çox da onun geyimi müzakirə olundu və buna görə də üzülürəm, heç vaxt istəməzdim belə bir halla rastlaşsın. Ən azından onun təməlində mənimdə əziyyətim var.

Hətta konsertdən sonra mənə dəhşətli zənglər gəldi. Deyirdilər ki, bu qızın əvvəl belə geyinəməməyinə səbəb sən idin, səndən aylırdıqdan sonra bu tip geyimlərə əl atdı. Günay mənlə ümumilikdə iki il işləyib və bu müddət ərizində bu qədər mənfi xəbərlər olmayıb.

- Günayın konsert geyiminə sizin özünüzün münasibəti də maraqlıdır.

- Səhnə geyimi kimi bəyəndim çox qəşəng idi, sadəcə olaraq, Günay İbrahimlinin əynində bəyənmədim. Çünki insan ya təməlini ciddi geyim üzrə qoymalı idi, ya da ki bu cür. Günayı belə görmək mümkün deyil, mən onu bu geyimdə görəndə dəhşətə gəldim.

- Müğənniyə fəaliyyətində nə arzu edirsiniz?

- Mən ona gələcək fəaliyyətində heç nə arzulamıram. Qoy bunu ona vaxt zaman göstərsin, mən ona desəm ki, Günaya bol şanslar, uğurlar arzulayıram. Bu bir az "dıranq arası" səslənər. Mən tək ona arzu edərəm ki, mənim əziyyətimi yerə çırpmasın, əziyyətim hədər getməsin.

Mod.Az

Şərh: 0

Dosta tövsiyə

Reklam