Xəbər kateqoriyası: Cəmiyyət

27-06-2013, 17:03

Ramazan ayı nə vaxt başlayacaq?




  • Нравится

  • Нравится


Bu il Ramazan ayı iyulun 10-da başlayacaq

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilat şöbəsinin əməkdaşı Hacı Fuad Nurullayev bildirib.

QMİ əməkdaşı deyib ki, iyulun 10-u günü oruc tutulacaq. Onun sözlərinə görə, yaxın günlərdə QMİ-nin Qazılar Şurası tərəfindən Ramazan ayının başlanması münasibəti ilə fətva veriləcək:

“Qazılar Şurası tərəfindən veriləcək fətvada Ramazan ayı haqqında bütün məsələlərlə bağlı tövsiyələr əksini tapacaq. İyunun 9-da niyyət tutulacaq, sonrakı gün isə oruca başlanılacaq. Amma ehtiyyat baxımından oruc tutanlar iki gün əvvəl də oruca başlaya bilirlər”, – deyə Hacı Fuad Nurulla bildirib.

Mod.Az

Şərh: 0

Dosta tövsiyə

Reklam