Xəbər kateqoriyası: Cəmiyyət

23-07-2013, 11:28

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən gənclərə və onların valideynlərinə müraciət edib




  • Нравится

  • Нравится


Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən gənclərə və onların valideynlərinə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrinə qəbulu sahəsində çalışan şirkətlərin sayı artır və bəzi vətəndaşlarımızın bu şirkətlərin fəaliyyəti ilə bağlı şikayətləri daxil olmaqdadır: "Bununla əlaqədar vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə və onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər".

Nazirlik bildirib ki, hər hansı yerli şirkətlə əməkdaşlıq nəticəsində maddi və ya mənəvi ziyan çəkmiş vətəndaşlarımız isə birbaşa olaraq aidiyyəti orqanlarına müraciət edə bilərlər.

Mod.Az

Şərh: 0

Reklam