Xəbər kateqoriyası: İdman

6-07-2013, 15:20

"Neftçi"nin "Skenderbeu" ilə hər iki oyunu canlı yayımlanacaq




  • Нравится

  • Нравится




Milli.Az sportnews-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Neftçi” - “Skenderbeu” matçı canlı yayımlanacaq.

"Bakcell Arena"da keçiriləcək və 21:00-da start götürəcək qarşılaşma "İdman Azərbaycan"ın canlı efirində olacaq.

"Ağ-qaralar"ın Albaniya səfərindəki matç da canlı yayımlanacaq. Belə ki, bir həftə sonra Albaniyada keçiriləcək cavab oyunu Bakı vaxtı saat 23:00-da AzTV-nin canlı efirində olacaq.

Mod.Az

Şərh: 0

Dosta tövsiyə

Reklam